Tintin Konqoda

Tintin Konqoda
(Tintin au Congo)
Müəllif Erje
Janr Komiks
Orijinalın dili fransız
Ölkə Belçika
Orijinalın nəşr ili 5 iyun 1930
Nəşriyyat Le Petit Vingtième
Cild Tintin macəraları
Səhifə 62
Əvvəlki Tintin SSRİ-də
Sonrakı Tintin Amerikada
ISBN 2-203-00101-1

Tintin Konqoda - Belçikalı yazıçı Erjenin yaratdığı Tintin macəraları komiksinin 2-ci seriyası. Seriyanın qəhrəmanı gənc qəzet müxbiri Tintindir.

Bu macəra 1930-cu ilin 5 iyunundan 1931-ci ilin 11 iyununa qədər Belçikanın "Le Petit Vingtième" qəzetində ("Le Vingtième Siècle" qəzetinin uşaq əlavəsi) yayımlanmışdır. 1931-ci ildə ağ-qara albom şəklində yayımlanmışdır. 1946-cı ildə rəngləndirilmiş, 1975-ci ildə dəyişikliyə uğramışdır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy